16 Fevral 2022 22:13
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun müdafiə nazirləri Rumıniyada yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq bildirib.

Gələcək döyüş qruplarının konfiqurasiyası və onların qalma müddəti ilə bağlı suala isə Baş katib belə cavab verib:

“Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər