21 Fevral 2022 09:23
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı görüş üçün prinsipial razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev açıqlama verib.

Açıqlamada qeyd edilib ki, Bayden Moskvanın Ukraynaya müdaxilə etməyəcəyi təqdirdə Putinlə görüşməyə prinsipial razılıq verib.

Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın Ukraynaya qarşı işğalın qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyini, Dövlət katibi Entoni Blinkenlə Rusiya Xarici işlər naziri Sergey Lavrovun bu həftə Avropada görüşünün planlaşdırıldığını deyib.

“Prezident Bayden hansısa formada işğalın olmayacağı təqdirdə Putinlə görüşməyə prinsipial razılıq verib”, - Psaki söyləyib.

Ağ Evin sözçüsü əlavə edib ki, Amerika böhranın diplomatik yolla həllinə hər zaman hazırdır, amma Rusiya işğala doğru addım atarsa, sürətli və ağır sanksiyalar tətbiq ediləcək.

Psaki həmçinin deyib ki, Moskva Ukraynaya hücuma hazırlaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər