21 Fevral 2022 21:13
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanı işğal etsə, Prezident Vladimir Zelenski ölkəni müdafiə edə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Nyu-York Tayms”da dərc olunan məqaləsində ukraynalı jurnalist Olqa Rudenko bildirib.

“Ukraynalıların 53 faizi işğal olacağı təqdirdə Zelenskinin ölkəni müdafiə edə bilməyəcəyinə inanır. Cənab Zelenskinin qəribə davranışı həqiqəti gizlədir: onun yaxşı variantları yoxdur”, - Rudenko bildirib.

Jurnalist qeyd edib ki, Zelenskinin ukraynalılar arasındakı populyarlığının azalması onu Rusiyadan gələn işğal təhlükəsi fonunda çətin vəziyyətə salır.

Rudenko yazıb ki, Qərb Ukraynanı Rusiya işğalı ilə bağlı xəbərdar etməyə çalışarkən, prezident belə bəyanatların “yersiz həyəcan” doğurduğunu deyir. Onun sözlərinə görə, Zelenskinin Rusiya ilə bağlı vəziyyətdən çıxış yolu yoxdur.

“Əgər Moskvaya güzəştə getsə, xalq küçələrə çıxaraq, sələfi Viktor Yanukoviç kimi, onu da hakimiyyətdən məhrum edəcək”, - Rudenko vurğulayıb.

Jurnalist bildirib ki, Zelenski Putinə nəyisə qarşı qoymağa çalışsa, bu, qaçılmaz olaraq Rusiyanın aqressiv reaksiyasına səbəb olacaq və tammiqyaslı dağıdıcı müharibə ilə nəticələnə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər