Böyük Britaniya Rusiya Prezidentinə yaxınlığı ilə tanınan üç nəfər iş adamına, habelə həmin ölkənin beş bankına qarşı sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Boris Conson parlamentdəki nitqində bildirib.
Belə ki, rusiyalı iş adamları Gennadiy Timçenko, Boris və İqor Rotenberqlərin Böyük Britaniyadakı hər cür aktivləri dondurulur, ölkə ərazisinə girişlərinə də qadağa qoyulur. Həmçinin Böpyük Britaniyanın bütün şirkətləri və vətəndaşları həmin şəxslər, eləcə də sanksiya tətbiq edilən banklara hər cür əməkdaşlığa son qoyacaqlar.
Baş nazirin qeyd etdiyi kimi, bunlar hələ ilkin sanksiyalardır, lazım gəlsə Rusiyaya qarşı başqa məhdudlaşdırıcı tədbirlər də görülə bilər.
B.Conson bildirib ki, Avropa Rusiyanın Ukraynaya tammiqyaslı işğalçı hücumuna hazır olmalıdır.