23 Fevral 2022 12:42
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hakimiyyəti serverlərdəki məlumatların məhv edilməsi və məxfi məlumatların Kiyevdən ötürülməsi ssenarisinə hazırlaşır. Bu, Rusiya Federasiyasının paytaxtı işğalı halında ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidmətinin sədr müavini Viktor Jora bildirib.

Onun sözlərinə görə, Rusiya dövlət qurumlarını nəzarətə götürsə belə, Ukrayna tərəfi yeni yerlərə keçə, məlumatları saxlaya, silə və bütün bu məlumatların ələ keçirilməsinin qarşısını ala bilər.

Sədr müavini bildirib ki, Ukrayna hökuməti 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra kompüter sistemlərini mərkəzləşdirməyə başlayıb:

"Bu tədbir məxfi sənədlərin saxlanıldığı, əhali ilə bağlı müfəssəl məlumatların və pensiya ödənişləri kimi xidmətlərin göstərildiyi kompüterlərin kodlarının sındırılmasını çətinləşdirib. İşğal olarsa, Ukrayna kiber komandalarına bu hesablara girişi bağlamaq əmri veriləcək. Ukrayna hakimiyyəti Kiyevdə mərkəzi sistemləri bağlamaq və məlumatların surətlərini ehtiyat mövqelərə ötürmək planları hazırlayıb".krayna

Xatırladaq ki, ABŞ başda olmaqla qərb ölkələri Moskvanın Rusiya vətəndaşlarını və ya etnik rusları qorumaq bəhanəsi ilə hücuma keçə biləcəyini istisna etmir.


Müəllif: Nemət

Oxşar xəbərlər