Kiyevin Operativ Qərargahı təhsil müəssisələrinin bağlandığını və tibb müəssisələrinin gücləndirilmiş iş rejiminə keçdiyini elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko xalqa video-müraciətində məlumat verib.
“Bu gündən paytaxtda məktəblər və uşaq bağçaları bağlanıb. Paytaxtın xəstəxanaları, poliklinikaları və bütün tibb sistemi gücləndirilmiş iş rejimində işləyir. Müvafiq qurumlara sığınacaqlara girişi təmin etmək tapşırılıb", - Kliçko bildirib.
Kiyevin meri deyib ki, şəhərin kritik infrastrukturu və dolanışıq vasitələri ilə məşğul olmayanların hamısı evdə qalsın və xəbər veriləndə sığınacaqdan istifadı edilsin.