Ukrayna Prezidenti Vadimir Zelenski bütün ukraynalıları panikaya düşməməyə, Silahlı Qüvvələrə dəstək olmağa və bunun üçün hər şeyi etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısı “Facebook” sosial şəbəkəsində videomüraciəti zamanı deyib.
Prezident vurğulayıb ki, Ukrayna təkcə bombalarla deyil, həm də saxta informasiyaların hücuma məruz qalır.
“Rəsmi mənbələrdən həqiqəti öyrənmək vacibdir. Bu gün Rusiya Ukraynanı işğal etməyə başlayıb. Putin Ukrayna ilə, bütün demokratik dünya ilə müharibəyə başlayıb. O mənim dövlətimi məhv etmək istəyir. Dövlətimizi və bizdə olan hər şeyi məhv etmək istəyir”. - Zelenski vurğulayıb.
Eyni zamanda, dövlət başçısı bütün ukraynalılara, ilk növbədə, düşmənin ilk zərbəsini artıq alan və ona layiqli cavab verən Ukrayna hərbçilərinə müraciət edib: “Biz Ukrayna Silahlı Qüvvələrinin bütün gücünü bilirik. Siz cəsarətlisiniz. Siz yenilməzsiniz. Siz ukraynalısınız”.