24 Fevral 2022 13:27
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada Milli Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu açıqlama verib.

“Bu səhər Rusiya beynəlxalq normaları pozaraq qonşu Ukrayna dövlətinə hücuma keçdi. Beynəlxalq ictimaiyyət bu hərbi əməliyyatları yekdilliklə pisləyir. Bununla bağlı Milli Təhlükəsizlik Şurasının iclası çağrılıb. Qərara gəldik ki, hökumət parlamentdən fövqəladə vəziyyət elan etməyi tələb etsin”, – Sandu bildirib.

Onun sözlərinə görə, bu gün fövqəladə hallar komissiyası böhranla mübarizə tədbirlərini müzakirə etmək üçün iclas keçirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər