Bu gün Bakı vaxtı ilə saat 18:00-da NATO-nun videokonfrans formatında Ukrayna üzrə fövqəladə sammiti keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Prezident Bayden Ukrayna və onun ətrafındakı təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün videokonfrans vasitəsilə fövqəladə sammitdə NATO-nun digər dövlət və hökumət başçıları ilə görüşəcək", - deyə məlumatda qeyd olunur.
Danışıqlar mətbuata qapalı formatda keçiriləcək.
Bundan əvvəl Amerika lideri bildirib ki, Şimali Atlantika Alyansı cümə günü keçiriləcək sammitdə fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı bütün məsələlərə baxacaq. Bundan başqa, görüşə NATO üzvü olmayan Finlandiya və İsveç də dəvət olunacaq.