27 Fevral 2022 18:14
5 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Ukrayna ərazisindəki separatçı rejimləri müstəqil dövlət kimi tanımasından sonra postsovet məkanında “müstəqil dövlət” kimi tanınmış separatçı rejimlərin sayı daha da artdı. Həmin gün axşam Kremldə “Donetsk və Luqansk xalq respublikaları”nın rəhbərləri Denis Puşilin və Leonid Paseçnikin Putinlə qarşılıqlı yardım haqqında sənəd imzalamasından sonra bu iki şəxsin kim olmasına da maraq artıb.

Teleqraf.com saytı Denis Puşilin və Leonid Paseçnikin kimliyi barədə hazırladığı məqaləni təqdim edir.

“DXR”in rəhbəri Denis Puşilin “MMM” səfiridir

“DXR”in rəsmi saytında özünü elan etmiş respublikanın 41 yaşlı liderinin tərcümeyi-halı təmkinli qəhrəmanlıq tonu ilə yazılıb. Puşilinin ata köklərinin Rusiyaya, ana tərəfdən isə Özbəkistana getdiyi, Denis Vladimiroviçin 1981-ci il mayın 9-da Makeyevka şəhərində Makeyevka Metallurgiya Zavodunun fəhləsinin ailəsində anadan olduğu və orada orta məktəbdə yaxşı oxuduğu deyilir.

1999-2000-ci illərdə Puşilin orduda, Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı batalyonunda xidmət edib; xidmət Krım ərazisində keçib. Xidmətdən sonra Donbass Milli İnşaat və Memarlıq Akademiyasının müəssisə iqtisadiyyatı fakültəsinə daxil olub. 2002-ci ildən Makeyevkanın paylayıcı şirkətlərindən birində işləməyə başlayıb.

“DXR” rəhbəri Denis Puşilin rus bayker-patriot, Cərrahləqəbli Aleksandr Zaldastanovla

“Kiyevdə dövlət çevrilişindən sonra aktiv fəaliyyətə keçib, tez-tez Donetsk vilayəti sakinlərinin mitinqlərində çıxış edib, onların çoxunu təşkil edib. 2014-cü ilin martından Donbasda xalq-azadlıq hərəkatının liderlərindən birinə çevrilib. Məsuliyyəti öz üzərinə götürərək 2014-cü il aprelin 7-də Donetsk Xalq Respublikasının elan edilməsi ilə bağlı tarixi qərar verənlərdən biri olub”, - deyə internet saytında bildirilir.

Həmin ilin mayında Puşilin “DXR” Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilib, iki ay sonra istefa verib, “respublika”nı Aleksandr Zaxarçenko idarə edib. Puşilin “DXR” Xalq Şurasının deputatı, sonra isə sədr müavini, Minskdə Təmas qrupunun danışıqlarında “respublika”nın səlahiyyətli nümayəndəsi olub. Zaxarçenko 2018-ci il avqustun 31-də Donetskdə “Separ” kafesində baş vermiş partlayış nəticəsində dünyasını dəyişdikdən sonra Puşilin “DXR” rəhbərinin səlahiyyətlərini icra edib, sonra isə seçkilərdə qalib gələrək “respublika”ya rəhbərlik edib.

“DXR”in saytından foto

Rəsmi tərcümeyi-halda kiçikdən tutmuş olduqca əhəmiyyətli olanlara qədər bəzi təfərrüatlar yer almayıb. Məsələn, “Vikipediya” məqaləsində bildirilir ki, o, Donbass Milli İnşaat və Memarlıq Akademiyasında təhsil alıb, lakin oranı bitirməyib.

Təsdiqlənməmiş məlumatlara görə, bundan sonra Puşilin satış şöbəsinin müdiri və ya regional menecer vəzifəsi axtarırdı. Həmçinin, bir müddət şəxsi bizneslə məşğul olduğu, “Art-mozaika” qəzetində reklam şöbəsinin meneceri, “Kaska” kazinosunda krupye (oyunun idarəçisi), “Union product” MMC-də satış şöbəsinin müdiri və “Slavia” MMC-də icraçı direktor olduğu iddia edilir.

2011-2013-cü illərdə Denis Puşilin MMMmaliyyə piramidasının (“MMM” Səhmdar Cəmiyyəti Rusiya tarixində sahibkar, siyasi xadim Sergey Mavrodi tərəfindən təşkil edilən və 1992-1997-ci illərdə mövcud olmuş ən böyük maliyyə piramidasıdır. Şirkətin adı onun təsisçilərinin soyadlarının baş hərflərinin abbreviaturası idi. Təsisçilər Sergey Mavrodi, qardaşı Vyaçeslav Mavrodi və Olqa Melnikova idi) funksioneri olub. Bunu “YouTube”də yerləşdirilən videolar sübut edir. Məsələn, videoların birində Puşilin kameraya pul göstərir və bunun MMMdən bonus kimi aldığı 8500 qrivna olduğunu deyir. “DXR”in gələcək lideri maliyyə piramidasının qurucusu Sergey Mavrodiyə yaratdığı imkan üçün təşəkkür edir və hamını MMMə qoşulmağa təşviq edir.

YouTubevideosundan kadr

Həmçinin, Puşilinin “MMM” simvolu – piramida reklamları seriyasında sərbəst yükləyici deyil, tərəfdaş Leni Qolubkov rolunu oynayan aktyor Vladimir Permyakovdan müsahibə aldığı bir video da var.

Qeyd edək ki, S.Mavrodi 1994-1995-ci illərdə Rusiya Dövlət Dumasının deputatı olub, Ukraynada isə Xalq Kapitalı Partiyası və “MMM” partiyasını (ukraynaca Mi Maemo Metu) yaradıb. Denis Puşilin “MMM” partiyasının üzvü idi. Xüsusilə, Puşilin Ali Radaya seçkilərdə iştirak etməyə çalışıb. “YouTube”də onun partiyanın lehinə seçki çıxışı etdiyi videolar var: “Digər hamıdan fərqli olaraq biz Ali Radaya niyə getdiyimizi aydın bilirik. Bizim məqsədlərimiz isə tamamilə konkretdir”. Konkret məqsədlər arasında, məsələn, Ukraynanın bütün sakinləri üçün kredit amnistiyası var idi.

2020-ci ildə Ukrayna mediası Sergey Xanoviçin 2014-cü ildə Donbasda münaqişə başlayandan sonra Donetski tərk etmək məcburiyyətində qaldığını və Puşilinin onun 1,5 min kvadratmetr sahəsi olan şəxsi evinə köçdüyü barədə müsahibəsini yayımlamışdı.

“LXR”in rəhbəri Leonid Paseçnik stajlı təhlükəsizlik işçisidir

Leonid İvanoviç Paseçnik 1970-ci il martın 15-də o vaxtlar Voroşilovqrad adlanan Luqanskda milis işçisi ailəsində anadan olub. Paseçnik beş yaşında olanda ailəsi Maqadana köçüb. Paseçnik müsahibələrinin birində o vaxt qızıl oğurluğu hallarını dəfələrlə araşdıran atası haqqında danışıb. Paseçnikin sözlərinə görə, bir gün atasına belə işlərdən birini bağlamaq üçün 200 min sovet rublu rüşvət təklif olunub, lakin o, bundan imtina edib.

Paseçnik ordu generalı A.Yepişev adına Donetsk Ali Hərbi-Siyasi Mühəndis Qoşunları Məktəbini və Ukrayna Təhlükəsizlik Xidmətinin Milli Akademiyasını bitirib. 1993-2013-cü illərdə Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk vilayəti üzrə idarəsində qaçaqmalçılıqla mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb. “Bioqraf” saytında 2006-cı ildə qaçaqmalçıların Paseçnikə necə rüşvət təklif etdiyi, lakin o, “atasının göstərişlərini xatırlayaraq” bundan imtina etdiyi bildirilir. Saytda bu məlumatın mənbələri göstərilmir. O vaxt Ukrayna prezidenti olan Viktor Yuşşenko Paseçniki “Ukrayna qarşısında hərbi xidmətə görə” medalı təqdim edib.

Leonid Paseçnik. “LXR” saytından foto

Kiyevdə etiraz aksiyaları başlayandan sonra Paseçnik polkovnik rütbəsi ilə Ukrayna Təhlükəsizlik Xidmətini tərk edib. Donbasda münaqişənin başlanğıcında isə o, separatçıların tərəfinə keçib. 2014-cü il oktyabrın 9-da “Luqansk Xalq Respublikası”nın dövlət təhlükəsizliyi naziri təyin edilib. 2015-ci ildə Paseçniklə “LXR”in o vaxtkı rəhbəri İqor Plotnitski arasında ilə münaqişə yaşanıb.

Müxtəlif mənbələrdən əldə edilən məlumatlara görə, Paseçnik Plotnitskinin sanksiyası olmadan yanacaq, energetika və kömür sənayesi naziri Dmitri Lyaminə qarşı dələduzluqla bağlı araşdırma başladıb və hətta onu həbs edib. Plotnitski Paseçniki vəzifəsindən azad edib, lakin o, istefanı qəbul etməyib. “LXR”də siyasi böhran başladı, lakin münaqişəni söndürmək mümkün oldu, Lyamin və Paseçnik hər ikisi öz vəzifələrinə bərpa olundular.

“LXR” rəhbəri təntənəli mərasimdə

2017-ci ilin noyabrında Plotnitski səhhətinin pisləşdiyini əsas gətirərək “LXR” rəhbəri vəzifəsini tərk edib. 2017-ci il noyabrın 25-də “LXR” Xalq Şurası Leonid Paseçniki LXR rəhbərinin səlahiyyətlərini icra edən kimi təsdiqləyib. “İqor Venediktoviç səhhətinin pisləşməsi ilə əlaqədar başçı vəzifəsini tərk edib. Çoxsaylı döyüş yaraları, eləcə də alınan kontuziyanın nəticələri özünü hiss etdirirdi. Bu, onun şəxsi qərarıdır və bununla əlaqədar mən indidən növbəti seçkilərə qədər LXR-in rəhbəri kimi fəaliyyət göstərəcəyəm”, - Paseçnik Plotnitskinin istefasını şərh etmişdi.

2018-ci ilin noyabrında Paseçnikin qalib gəldiyi “LXR” başçısı vəzifəsinə seçkilər keçirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər