Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı Rusiyanı Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum etməyə çağırış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Tviter hesabında məlumat verib.
Zelenski BMT-ni Rusiyanın hərəkət və bəyanatlarını Ukrayna xalqının soyqırımı kimi dəyərləndirməyə çağırıb.
Qeyd edək ki, Moskva BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Qərb ölkələrinin Rusiyanın Ukraynadakı əməliyyatını pisləyən qətnamə layihəsini bloklamışdı.