27 Fevral 2022 08:21
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibənin getdiyi vaxt Putin Paşinyana zəng edib: üçtərəfli razılaşmaların icrasında praktiki aspektlər müzakirə olunub.

Rusiyanın müharibənin ortasında Qarabağa diqqət ayırması səbəbsiz deyil:

- müharibənin gedişi planlaşdırdıqları kimi olmadı, xüsusilə rus ordusu mifinin dağılması baxımından;

- mifin dağılması postsovet məkanında Moskvanın maraqlarının nəzərə alındığı siyasi xətti zəiflədə bilər;

- sanksiyalar və nüfuz itkisi ilə üzləşmələri rusları Cənubi Qafqazda mövqelərini qorumağı məcbur edir.

Bu situasiyada Putin bölgədə mövqeyini qorumaq üçün Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirmək istəyəcək.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər