“Xarkov Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır”.
Teleqraf.com xəbər verir ki, bunu Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“İşğalçılar şəhəri artilleriya atəşinə məruz qoyaraq, mövqelərimizə yaxınlaşdıqda məhv edildilər. Şəhər nəzarət altındadır. Çox sayda təxribat qrupları zərərsizləşdirilib”, - Sinequbov bildirib.
O qeyd edib ki, fevralın 27-də rus ordusunun Xarkova daxil olan bütün texnikası məhv edilib, məktəbdə 20-dən çox diversant zərərsizləşdirilib. Yeddi rus hərbçisi isə ukraynalılara təslim olub.
O, bölgədə təxribat risklərinin olduğunu da söyləyib. Uşaqlar arasında qurbanlar var.