3 Mart 2022 22:13
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası BMT və digər beynəlxalq təşkilatları ölkəyə sülhməramlılar göndərməyə çağıran qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın teleqram kanalında məlumat verilib.

“Parlament BMT-yə, BQXK-ya, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara müraciət edilməsi ideyasını dəstəkləyib. Ali Rada dünya ictimaiyyətindən BMT Baş Assambleyasının 3 noyabr 1950-ci il tarixli “Sülh naminə birləşmə” qətnaməsi əsasında Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini tələb edir”, - məlumatda deyilir.

Ukrayna Ali Radası BMT Baş katibindən münaqişənin həllində vasitəçilik etməyi xahiş edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər