"Türkiyədəki ermənipərəst qüvvələr əsla xalqın yaddaşını silə bilməz". Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel Ankara Universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfransın keçirilməsinə münasibət bildirərkən deyib.
A.Bozyel qeyd edib : "Bu gün Türkiyədə belə konfransların keçirilməsi bir daha onu göstərir ki, Türkiyənin dövlətçiliyinə düşmənçilik bəsləyən qüvvələr var”.
Onun sözlərinə görə, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: "Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil”.