Bu gün Çinin cənub-qərbində əhəmiyyətli dərəcədə hiss olunan güclü zəlzələ baş verib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi ölkənin cənub-qərbindəki Sıçuan əyalətində Ganzı Tibet Muxtar Bölgəsinin Kangding şəhərində 6,3 ballıq zəlzələ olduğunu bəyan edib.
Teleqraf.com-un məlumatına görə, zəlzələnin yerli saatla 16.55-də meydana gəldiyi bildirilib. Titrəmə mərkəzinin yerin 18 kilometr dərinliyində olduğu qeyd edilib.
Zəlzələnin itkiyə, dağıntılara və ya tələfata səbəb olması barədə hər hansı məlumat verilməyib.
Nail Cəlil