Kanada hakimiyyəti Rusiyadan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo mətbuat konfransında bildirib.
"Kanada bu əsassız hərbi müdaxiləyə görə 10 nəfərə qarşı yeni sanksiyalar elan edir. Siyahıya keçmiş və indiki yüksək rütbəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir", - Trüdo deyib.
Hökumət rəhbəri həmin şəxslərin adlarını açıqlamayıb.
Eyni zamanda Rusiya mediası qeyd edib ki, siyahıda digər şəxslərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, rusiyalı təbliğatçılar Vladimir Solovyov, Marqarita Simonyan və Konstantin Ernst, oliqarx Oleq Deripask da var.