“Krım və Donbas məsələlərini müzakirə edib oradakı insanların necə yaşayacağına dair kompromis tapa bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Amerikanın ABC kanalına müsahibəsində deyib.
“Krımın və iki separatçı bölgənin (Donetsk və Luqansk) tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə mesajınız nədir?” sualına Zelenski belə cavab verib:
“Təhlükəsizlik zəmanətlərindən danışıram. İşğal olunmuş və tanınmayan bölgələri təkcə Rusiya tanıyır. Bunu müzakirə edib oradakı insanların necə yaşayacağına dair kompromis tapa bilərik. Mənim üçün önəmli olan Ukrayna ilə birlikdə yaşamaq istəyən insanlardır. Bu, cavab vermək üçün çətin sualdır. Putin dialoqa başlamağa hazır olmalıdır”.