Xarkov tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti və müdafiəsi altındadır, İzyum bölgəsində döyüşlər davam edir. Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri Milli Qvardiyanın və Ərazi Müdafiəsinin bölmələri ilə birlikdə Xarkov şəhərinin ətrafını atəşə tutan düşmən mövqelərinə əks-hücuma keçib, nəticədə rusların bir hissəsi qaçıb.
Teleqraf.com xəbər verir ki, bunu Xarkov vilayəti dövlət administrasiyasının sədri Oleq Sinequbov bildirib.
O deyib ki, hərbçilərimiz Dərgəçi istiqamətində düşməni növbəti dəfə dəf edib:
“Gecə saatlarında Ukrayna quru qoşunları və Milli Qvardiya düşmənin Xarkov ərazisini sistemli şəkildə atəşə tutan artilleriya və reaktiv yaylım atəşi sistemlərinə qarşı əks-hücuma keçib. Qısa müqavimətdən sonra düşmən ağır silahlar şəklində olan hərbi texnikanı tərk edərək qaçıb. Düşmənin şəxsi heyətinin bir hissəsi Belqorod istiqamətində meşələrə qaçıb, yerli əhaliyə diqqətli olmağa və mümkünsə axtarışları asanlaşdırmağa köməklik etməyi xahiş edirik”.
Bundan başqa, gecə saatlarında Balakleya rayonunun Andrevna kəndində Ukrayna Sərhəd Xidmətinin hərbçiləri ilə düşmənin diversiya-kəşfiyyat qrupları arasında döyüş baş verib: “Düşmən nəzarət-buraxılış məntəqəsinə hücum edib. Döyüş nəticəsində düşmən tamamilə məğlub olub, diversiya qrupunun şəxsi heyəti qaçıb. Eyni zamanda yaralı əsgərini də atıblar. Yaralı əsgər ukraynalı sərhədçiləri tərəfindən əsir götürülüb”.
“Düşmən aktiv hücum hərəkətləri həyata keçirmir, şəhərin kənarındakı yaşayış infrastrukturuna raket və bomba zərbələri endirməkdə davam edir”, - Xarkov meri əlavə edib.
Həmçinin qeyd edilir ki, Rusiya qüvvələri son sutka ərzində Aleksevka, Pyatihatki, Belqorodskoye Şosse, Xolodnaya Qora, Derqaçi, Şimal və Cənubi Saltovka ərazilərində 50-dən çox artilleriya mərmisi və reaktiv yaylım atəşi atəşi açıb.