Tacikistan-Qırğızıstan sərhədində sərhədçilər arasında atışma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
“Dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahların istifadə edildiyi insident baş verib”, - məlumatda bildirilib.
Qırğızıstan və Tacikistan sərhədi vaxtaşırı iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməməsidir. Silahdan istifadə edilən sonuncu insident yanvarın sonunda baş verib. Taciklərin Qırğızıstan yolunu kəsməsi səbəbindən sərhədçilər arasında başlayan qarşıdurma bir neçə saat davam edib. Yalnız iki ölkə nümayəndələri arasında aparılan danışıqlardan sonra barışıq əldə edilib. Qarşıdurma zamanı hər iki tərəfdən 30-dan çox insan yaralanıb.