10 Mart 2022 14:44
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro hazırda iqtisadi xarakter daşıyan yeni dünya müharibəsinin başladığını iddia edib.

Teleqraf.com xəbər verir ki, o, müəyyən mərhələdən sonra iqtisadi savaşın nüvə silahından istifadə oluna biləcək açıq qarşıdurmaya keçə biləcəyini deyib.

“Bu, bütöv ölkələri və regionları boğmaq, xammal, ərzaq və enerji təchizatında qeyri-sabitlik yaratmaq məqsədi daşıyır”, - Maduro bildirib.

Onun fikrincə, bu müharibə iqtisadi mərhələdən nüvə silahından istifadə riski ilə real silahlı qarşıdurmaya keçə bilər.

“Mən əvvəlcə Ukraynanın Rusiyaya yönəlmiş kütləvi qırğın silahlarına malik olmasını istisna etməyənlərdən biri idim. Dünyada real nüvə müharibəsi təhlükəsi var. Venesuela dünya ictimaiyyətini şüurlu olmağa çağırır”, - dövlət başçısı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər