11 Mart 2022 12:05
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

1967-ci ildə Boliviyada argentinalı inqilabçı Ernesto Çe Gevaranı öldürən boliviyalı hərbçi Mario Teran Salazar 80 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Çe Geveranın ələ keçdiyi hərbi əməliyyata rəhbərlik edən istefada olan general Qari Prado Salmon Salazarın sağalmaz xəstəlikdən əziyyət çəkdiyini və müalicə aldığı xəstəxanada öldüyünü deyib.

“O, cəsur insan idi. Onunla əlaqə saxlayırdım. Onu ən çox narahat edən mətbuatın təqibləri idi. O, sadəcə olaraq dövlət rəhbərliyindən gələn əmri yerinə yetirmişdi, buna görə də adının gizli qalmasını istəyirdi”, - Salmon deyib.

Çe Gevera 1967-ci il oktyabrın 9-da Boliviya ordusu və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) birgə əməliyyatı nəticəsində Boliviyada girov götürülüb. Bundan sonra La Pazdan təxminən 800 kilometr aralıda yerləşən La Higera kəndindəki məktəbdə güllələnib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər