11 Mart 2022 15:45
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçilərinin Xarkov vilayətinə endirdiyi hava zərbəsi nəticəsində bir deputat həlak olub. Deputat xanımın cəsədi evin dağıntıları altında tapılıb.

Teleqraf.com xəbər verir ki, söhbət Balakleya Şəhər Şurasının deputatı Marina Osipenkodan gedir.

Onun meyiti Xarkov vilayətinin Milova kəndindəki evin dağıntıları altından tapılıb. Deputat rus bombası ilə dağılan evlərdən birində olub.

Qeyd edək ki, deputat rus ordusunun martın 10-da Xarkov və ətrafını bombalayarkən evində ölüb. O, 2010-cu ildən şəhər şurasının deputatı imiş.


Müəllif: Nemət

Oxşar xəbərlər