Rusiya Baş Prokurorluğu “Meta”nın (Facebook, Instagram, WhatsApp) ekstremist təşkilat kimi tanınması və onun Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulması tələbi ilə məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, həmçinin, “Roskomnadzor”a “Instagram”a girişin məhdudlaşdırılması ilə bağlı sorğu göndərilib.
Bundan əvvəl Meta rus qoşunlarının öldürülməsi ilə bağlı çağırışların dərc olunmasına icazə verib.