Ukrayna prezidentinin baş müşaviri Aleksey Arestoviç Rusiya lideri Vladimir Putinə sadiq çeçen qoşunlarının döyüş bölgəsində rus casusları tərəfindən xəyanət edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Arestoviç Çeçenistan başçısı Ramzan Kadırovun qoşunlarının yeri barədə məlumatı Ukrayna qüvvələrinə rus casuslarının verdiyini iddia edib.
O, bu xəyanətin səbəbinin çeçen qüvvələrini zəiflətmək olduğunu deyib: “Rusiyada hələ də çeçenlərin ciddi təsir dairəsi var”.
Rusiya Federal Təhlükəsizlik Xidməti mənbələrinin ukraynalılara məlumat ötürdükləri ilə bağlı iddialarından sonra sızdırılan hesabatda çeçen qoşunlarının hər an Rusiya ordusu ilə toqquşmalara girəcəyi və ya Ukrayna ordusuna qatılacağı bildirilir.