23 Noyabr 2014 17:18
4 531
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sibirdə tapılan və təxmini hesablamalara görə, 40 min il yaşı olan buzlaşmış mamontun kloununu yaratmağa cəhd edilir. Mütəxəssislər buzlaşmış heyvandan DNT analizi üçün yetərincə qan götürə biliblər.
Teleqraf.com-un məlumatına görə, mamont Sibirin şimalında 2013-cü ildə tapılıb. Onun iki dişinin torpağın üzərinə çıxması yerinin təsbit edilməsinə səbəb olub. Qazıntı nəticəsində parçalanmamış 3 ayağı, başı və bədəninin digər hissələri üzə çıxarılıb. Daha sonra alimlər 40 min il yaş verdikləri mamontun cəsədindən təzə qan tapıblar. Klonlama mütəxəssisləri hesab edir ki, qan indiyə qədər tapılan ən yaxşı qorunmuş nümunədir.
Alimlərin ilkin araşdırmaları gösərir ki, mamont donduğu zaman hardasa 50 yaşlarında olub. Qan analizinin cavabları göstərib ki, bəzi qan hüseyrələri zədələnib, amma hemoqlabin və oksigen daşıyıcısı olan molekullar sağlam vəziyyətdədir.

Müəllif:

Oxşar xəbərlər