Türkiyə Ukraynadakı səfirliyini Kiyevdən Çernovtsı şəhərinə köçürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Təhlükəsizlik məqsədilə Kiyevdəki səfirliyin əməkdaşları vətəndaşlara Çernovtsıda xidmət göstərməyə davam edir”, - deyə məlumatda bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyindən qeyd edildiyi kimi, bu, səfirliyin bağlanması deyil, sadəcə işçilərinin yerdəyişməsidir.
“Söhbət Kiyevdəki səfirliyin bağlanmasından getmir”, - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.