Burkina-Fasoda quldurların qızıl mədəninə hücumu zamanı azı 11 nəfər öldürülüb.
Teleqraf.com xəbər veirr ki, bu barədə “Agence France-Presse” Qorom-Qorom rayonun sakinlərinə istinadən xəbər verir.
12 martda 30 nəfərdən ibarət cinayətkar qrup mədənə hücum edib və 11 nəfəri öldürüb. Hücum edən şəxslər mədəndə olan dəyərli əşyaları götürüblər.
Burkino-Fasonun şimalındakı qızıl mədənlərinə həftə ərzində ikinci dəfə hücum edilib. Belə ki, 10 martda Seytenqa rayonunda yerləşən qızıl mədəninə hücum edən silahlılar 10 nəfər öldürmüşdü