13 Mart 2022 22:27
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yunanıstanın baş naziri Kiriakos Miçotakisi qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüş zamanı iki ölkə lideri ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivlərini, cari geosiyasi prosesləri, o cümlədən Rusiya-Ukrayna müharibəsi və digər məsələləri müzakirə ediblər.

Liderlər iki ölkənin və bütövlükdə regionun maraqlarına cavab verən müsbət gündəliyin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

Tərəflər dialoq kanallarını açıq saxlamaq və Türkiyə ilə Yunanıstan arasında münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər