Krım və Donbas arasında Ukrayna əraziləri vasitəsilə quru dəhliz yaradılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidentinin Krım Respublikasında daimi nümayəndəsi, Krım hökumətinin baş nazirinin müavini Georgi Muradov bildirib.
“Krımdan Mariupola gedən avtomobil yolu nəzarət altına götürülüb”, – deyə o bildirib.
Muradovanın sözlərinə görə, bu marşrut humanitar yükün Donetskə çatdırılmasına kömək edir.
“Yarımadanı Donbas regionu ilə birləşdirən Krım magistralının əhəmiyyəti hələ də vacibdir. Sovet dövründə sərt örtüklü bu yol Mariupoldan keçməklə Yevpatoriyadan Donetskə qədər təsərrüfat yüklərini etibarla daşıyırdı”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, artıq Krımın dəniz limanları və Azov dənizinin əsas limanları olan Mariupol və Berdyansk arasında yüklərin daşınması və qarşılıqlı əlaqələrin qurulması barədə düşünmək olar.
“Bu halda bütün regionun inkişafı baş verəcək”, - deyə Muradov fikirlərini yekunlaşdırıb.