Rusiyanın Şərq Hərbi Dairəsinin (SVO) poliqonlarında ehtiyatda olan hərbçilərlə məşqlər başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Martın 15-dən 17-dək müqavilə bağlamış ehtiyatda olan hərbi qulluqçularla praktiki məşğələ keçiriləcək. Ehtiyatda olanlar atıcı silahlardan atəş açmalı, müasir silah və hərbi texnikaların döyüş imkanlarını öyrənməli, zəruri hərbi və dövlət obyektlərinin müdafiəsinin təşkili üçün ilkin vərdişlərə yiyələnməli olacaqlar”, - nəşr SVO-nun mətbuat xidmətindən sitat gətirib.
Ukrayna mətbuatının iddiasına görə, Rusiya qoşunları itkilərini Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin səfərbər edilmiş sakinləri hesabına tamamlayır.