16 Mart 2022 08:15
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar məbləğində hərbi, humanitar və iqtisadi yardımı haqqında qanun imzalayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə C.Bayden Vaşınqtonda çıxışı zamanı deyib.

“Mən Ukraynaya tarixi 13,6 milyard dollar həcmində yardımı göstərən sənədi imzaladım”, deyə ABŞ prezidenti bildirib.

Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər