16 Mart 2022 11:14
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Rusiyanın ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Entoni Blinken və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də daxil olmaqla 13 Amerika rəsmisinə sanksiya tətbiq etməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Psaki Rusiyanın yanlışlıqla Baydenin atasına sanksiya tətbiq edə biləcəyini deyib.

Sanksiya siyahısında “Co Robinette Bayden” adının olduğunu və Prezident Baydenin adının sonunda “oğul” mənasını verən “Junior” olduğunu söyləyən Psaki bildirib:

“Prezident Baydenin adında “Jr” qeydi var. Onlar Baydenin atasına sanksiya tətbiq etmiş ola bilərlər. Nur içində yatsın”.

O, özü də daxil olmaqla sanksiya siyahısına daxil edilən rəsmilərin heç birinin Rusiyada əmlakı və ya bank hesabının olmadığını deyib: “Heç birimiz Rusiyaya turist səfəri etməyi düşünmürük”.


Müəllif: Mənsur Rəğbətoğlu