16 Mart 2022 23:13
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın Krım Muxtar Respublikası 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Rusiya Federasiyasına ilhaq edilib. Beynəlxalq hüquqa zidd olan bu əməl ölkəmiz və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in Krımın Rusiya tərəfindən ihlaqının 8-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

"Krımda baş verənləri, xüsusilə yarımadanın köklü xalqlarından olan Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Bu münasibətlə Türkiyə strateji tərəfdaşı olan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyir”,- deyə bəyanatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər