Qazaxıstanın paytaxtı Astanada temperaturun normadan aşağı düşməsi həyatı iflic edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, meteroroqların məlumatlarında şəhərdə temperaturun -40 dərəcəyə düşdüyü bildirilir. Sərt şaxtalar səbəbindən məktəblərdə dərslər dayandırılıb, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Yerli sakinlər səhər saatlarında rabitə vasitələrində və elektriklə təmin olunmada qısa fasilələrin yarandığını qeyd edirlər.
Samir