Rusiya prezidenti Vladimir Putin yenidən prezidentliyə namizədliyini irəli sürmə ehtimalının yüksək olduğunu bildirib.
Teleqraf.com itar-tas.com-a istinadən xəbər verir ki, o, bu qərarla bağlı hələ çox düşünməli olduğunu deyib. Putinin sözlərinə görə, vaxtı gəldiyində ölkənin ümumi vəziyyətini və öz imkanlarını qiymətləndirib qərar verəcək.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada baş tutacaq prezident seçkiləri zamanı Putin qalib gəldiyi təqdirdə səlahiyyət müddəti 2024-cü ilədək uzadılacaq.
Samir