19 Mart 2022 14:13
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı rusların dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəldə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşri vəziyyətlə tanış olan mənbələrinə istinadən bildirir.

Qeyd edilir ki, hazırda rus oliqarxlarının aktivləri yalnız dondurulub.

Avropa İttifaqı rəsmiləri Rusiya oliqarxlarının sanksiyalar altındakı aktivlərindən Ukraynanın müharibədən sonra yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edirlər.

Bildirilir ki, bu ideya çox erkən mərhələdədir və hələ qərar verilməyib. Mənbələrə görə, bir ehtimal da odur ki, aktivlərdən hərbi təzminatları maliyyələşdirmək üçün istifadə etmək olardı.

Qeyd edilir ki, bu aktivlərlə nə edəcəyinə dair qərarı Avropa İttifaqının üzv dövlətlər verməlidir. Hazırda aktivlər yalnız dondurulub.

“Bloomberg” xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqı onlarla rus oliqarxa, o cümlədən ölkənin ən zəngin milyarderlərinə qarşı sanksiyalar tətbiq edib. Onların yaxtaları, şəxsi təyyarələri və villaları həbs edilib. Təkcə İtaliya təxminən 780 milyon avro dəyərində aktivləri dondurub.


Müəllif: Nemət

Oxşar xəbərlər