20 Mart 2022 09:25
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın baş naziri Mark Rütte martın 22-si Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Mark Rütte ölkəsinin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş baş tutacaq. Səfər martın 24-də NATO liderlərinin fövqəladə sammiti ərəfəsində baş tutacaq.

Mark Rütte qeyd edib ki, Türkiyə Ukraynadakı hadisələr fonunda NATO-nun şərq cinahının qorunmasında çox mühüm rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Moskva, həm də Kiyevlə təmasları olan azsaylı liderlərdən biridir.

Niderlandın baş naziri Ankara ilə təmaslarının hər zaman müsbət olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər