24 Noyabr 2014 14:05
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Səudiyyə Ərəbistandan alacağı neftin qiymətini aşağı salmağını istəyir.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Namdar Zanqaneh deyib. Onun sözlərinə görə, bunun üçün noyabrın 27-də Vyanada ərəbistanlı həmkarı Əli Əl-Naimi ilə görüşlər keçirəcək.

Nazir OPEK-ə üzv ölkələrə mövqelərini yaxınlaşdırmağı məsləhət görüb. O qeyd edib ki, ölkələr arasında hansısa fikir ayrılığı "qara qızılın" qiyməti üçün mənfi nəticələrə səbəb olacaq.

Yayılan məlumatlarda bildirilir ki, Vyanda OPEK ölkələrinin nazirlərinin görüşündə neft hasilatının həcmini gündə bir milyon barrel azaltmaq təklifi irəli sürüləcək. Artıq Venesuela, Liviya və Ekvador nümayəndələri bu təşəbbüslə razılaşıb.

Samir


Müəllif:

Oxşar xəbərlər