G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib, bunu Pxenyanın öhdəliklərinin pozulması hesab edib və gələcəkdə bu cür hərəkətlərdən imtina etməyə çağırıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya XİN tərəfindən cümə günü dərc edilən birgə bəyanatda deyilir.
"Biz bu hərəkətləri ən kəskin şəkildə pisləyirik. Bunlar KXDR-in BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 2397 saylı qətnaməsi üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır", - bəyanatda vurğulanır.
Bundan əvvəl, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləmişdir.