25 Mart 2022 23:26
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, səfir tviter hesabındakı paylaşımlara görə idarəyə çağırılıb.

Həmçinin bildirilir ki, səfir öz növbəsində Parisin diqqətini Rusiyanın Fransadakı xarici nümayəndəliklərinə qarşı həyata keçirilən və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına gətirib çıxaran təxribatlara cəlb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər