27 Mart 2022 08:54
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukrayna polisi və sərhədçiləri üçün zirehli texnika, avadanlıq, dərman alınmasına daha 100 milyon dollar ayıracaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Əlavə vəsaitlər Ukraynanın sərhəd xidmətləri və polisi üçün qoruyucu vasitələrin, sahə avadanlığının, taktiki avadanlıqların, dərmanların, rabitə vasitələrinin tədarükünü davam etdirməyə imkan verəcək", - deyə E.Blinken qeyd edib.

Onun sözlərinə görə, bu yardım "Ukrayna Daxili İşlər Nazirliyinə lazımi sərhəd təhlükəsizliyini təmin etmək, hüquq-mühafizə funksiyalarını yerinə yetirmək və mühüm infrastrukturu qorumaq üçün daha çox imkanlar verəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər