28 Mart 2022 10:15
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin kabineti bu gün dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.

Teleqraf.com xəbər verir ki, kabinetin gündəliyində bir neçə mühüm məsələlər var.

Prezident Ərdoğanın NATO sammiti çərçivəsindəki təmasları, liderlərlə ikitərəfli və təkbətək görüşləri, Ukrayna-Rusiya müharibəsinin regional fəsadları, Türkiyənin vasitəçilik cəhdləri və müharibəni bitirmək səyləri gündəmdədir. Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə baş verənlər də müzakirə olunacaq.

Terrorizmlə mübarizə də diqqətdə saxlanılacaq. Başda FETÖ, PKK, İŞİD, PYD/YPG terror təşkilatları olmaqla, terrorizmlə mübarizədə atılan addımlar müzakirə olunacaq. Bu kontekstdə regional gəlişmələr ətraflı müzakirə ediləcək.

İclasdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər