Kiyev ətrafında döyüşlər gedir və Ukrayna müdafiə qüvvələri paytaxtın müdafiəsini davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müavini Vadim Denisenko deyib.
“Hazırda Kiyev ətrafında döyüşlər davam edir, Kiyevin qərbində artilleriyanın necə işlədiyini eşidirik. Baş Qərargah bundan əvvəl rusların Kiyevə şimal-qərb və şərqdən hücuma keçməyə çalışdığını bildirib. Biz ayaq üstəyik, döyüşürük, Kiyev şəhərini müdafiə etməyə davam edirik”, - Denisenko bildirib.