Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı əvvəlkilərdən pilotsuz uçuş aparatlarının aktiv istifadəsi ilə fərqlənir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” jurnalının icmalçısı Sem Krenni-Evans yazır.
Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun tədqiqatçı-analitikinin fikrincə, Rusiya pilotsuz təyyarələri, xüsusilə “Orion”, “Orlan”, “Eleron” və “Taxion” Ukraynada üç mühüm vəzifəni yerinə yetirir: konvoya dəstək və diversiyaya qarşı kəşfiyyat, artilleriya aşkarlanması və atəşin tənzimlənməsi, həmçinin, kəşfiyyat-zərbə missiyaları üçün kəşfiyyatın təminatı.