30 Mart 2022 17:14
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə sülh müqaviləsinin imzalanması onların qoşunlarının fevralın 23-dən etibarən nəzarətində olan Ukrayna ərazisindən tamamilə çıxarılması şərtilə mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Arahamiya deyib.

O qeyd edib ki, müqavilənin şərti imzalanması və ya onun ciddi müzakirə oluna biləcəyi məqama çatanda rus ordusu tamamilə getməli olacaq:

“Sonra biz onu imzalamaq və təsdiqləmək üçün masaya oturacağıq. Bu, təkcə bizim tərəfimizdən deyil, beynəlxalq təminat formasında olmalıdır. Bu sənədin işlək şəkildə imzalanmasını təmin etmək vacibdir”.

O həmçinin vurğulayıb ki, işğalçı qüvvələr, o cümlədən Xerson vilayətinin cənubunu - Krıma “dəhliz” adlanan ərazini tərk etməli olacaqlar.

“Biz hər bir məsələ ilə bağlı ayrı-ayrılıqda qərar hazırlayırıq, ancaq bütövlükdə və kompleksdə nəyisə imzalaya bilərik. Əgər belə deyilsə, bütün söhbətin mənası itir. Onlar da bu mövqeyi dəstəklədilər və qərara gəldilər ki, biz belə gedirik”,- Arahamiya bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər