Kiyevdə şəhərin meri, tanınmış idmançı Vitali Kliçkonun mətbuat katibi Oksana Zinovyevanın avtomobili yandırılıb.
Teleqraf.com-un Gazeta.ru-ya istinadən məlumatına görə, bu barədə Zinovyeva özünün feysbuk səhifəsində məlumat verib.
O, qeyd edib ki, maşını bu gün erkən gecə saatlarında yandırılıb və hadisə bilərəkdən, qəsdən törədilib:
"Gecə mənim maşınım yandı. Qəza mühəndisləri yanğının qəsdən baş verdiyini müəyyənləşdirdilər. Bu "İnfiniti" mənim üçün əsl dost və silahdaş idi ".
Maraqlıdır ki, Zinovyevanın yazdığı statusa hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal reaksiya veriblər.
Statusa rəy bildirən prokurorluq mətbuat xidmətinin rəhbəri yazıb ki, artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb və araşdırma aparılır.
Nail Cəlil