31 Mart 2022 11:05
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin Kommunikasiyalar Xidmətinin direktoru Keyt Bedinqfild medianın ABŞ hökumətinin Rusiya Prezidenti Vladimir Putinin yanlış məlumatlandırılması ilə bağlı kəşfiyyat məlumatlarına sahib olduqları iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Ağ Ev rəsmisi Rusiya liderinin Ukraynadakı əməliyyatlarla bağlı yanlış məlumatlandırıldığını söyləyib.

“Deyə bilərəm ki, Putinin Rusiya hərbçiləri tərəfindən aldandığını hiss etdiyinə dair əlimizdə dəlillər var. Bu, Putinlə hərbi rəsmilər arasında gərginlik yaradıb. İnanırıq ki, Putin Rusiya ordusunun nə qədər pis performans göstərdiyinə və sanksiyaların iqtisadiyyata nə qədər pis təsir etdiyi barədə yanlış məlumatlandırılıb”, - Bedinqfild bildirib.

Bedinqfild Putinin müşavirləri və köməkçilərinin ona həqiqəti söyləməkdən qorxduqlarına diqqət çəkib:

“Bəllidir ki, Putinin müharibəsi getdikcə daha böyük strateji səhvə çevrilir və bu, Rusiyanı uzunmüddətli perspektivdə beynəlxalq arenada daha zəif və daha təcrid vəziyyətinə salır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər