Moskvada tramvay yol keçmək istəyən 15 yaşlı qızın ayaqlarını qopardıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda hadisənin Tallinsk küçəsi ev 32-nin yaxınlığında bu gün səhər saatlarında baş verdiyi bildirilir. Belə ki, yolu keçmək istəyən qız tranvayın gəldiyini görməyib.
Zərərçəkən hər iki ayağın amputasiyası ilə xəstəxanaya yerləşdirilib, həkimlər qızın həyatı uğrunda mübarizə aparırlar.
Faktla bağlı şəhər polisi araşdırmalara başlayıb.
Samir