Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Hersoq Ərdoğan və Türkiyə xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Hersoq vurğulayıb ki, hər iki xalqın mənafeyi naminə əməkdaşlığı davam etdirmək lazımdır.
Eyni zamanda Ərdoğanın İsrailin müstəqillik günü münasibətilə Hersoqa təbrik məktubu göndərdiyi də qeyd edilir. Ərdoğan məktubunda bildirib ki, mart ayında İsrail Prezidentinin Türkiyəyə səfərinin ölkələr arasında əməkdaşlıq qarşılıqlı milli maraqlara, regional sülh və sabitliyə, münasibətlərin inkişaf edəcəyinə inanır.